...

Güləş yığmalarımızın media üçün açıq məşqi olacaq

İdman Materials 5 Sentyabr 2019 19:45 (UTC +04:00)
Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə Olimpiadaya lisenziya xarakteri daşıyan dünya çempionatı keçiriləcək.
Güləş yığmalarımızın media üçün açıq məşqi olacaq

Bakı. Trend:

Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə Olimpiadaya lisenziya xarakteri daşıyan dünya çempionatı keçiriləcək.

Trend-in məlumatına görə, Güləş yığmalarımız məsul yarış ərəfəsində son təlim-məşq toplanışını davam etdirir.

Xatırladaq ki, qadınlardan ibarət komanda artıq Qazaxıstandadır və yerli güləşçilərlə birgə DÇ-yə hazırlaşır. Sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz isə hazırlıq prosesini Bakıda keçir.

Sabah Olimpiya Güləş Mərkəzində komandalarımızın mətbuat nümayəndələri üçün açıq məşqi baş tutacaq. Hazırlıq prosesi saat 11:00-da başlayacaq. Açıq məşq yekunlaşdıqdan sonra dünya çempionatında ölkəmizi təmsil edəcək komandaların heyəti açıqlanacaq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti