...

Albert Aqarunova həsr olunmuş karate beynəlxalq turnirə yekun vurulub (FOTO)

İdman Materials 30 Sentyabr 2019 10:38 (UTC +04:00)
Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş karate üzrə ənənəvi “Olimpiya ümidləri” beynəlxalq turnirə yekun vurulub.
Albert Aqarunova həsr olunmuş karate beynəlxalq turnirə yekun vurulub (FOTO)

Bakı. Trend:

Sentyabrın 29-da Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş karate üzrə ənənəvi “Olimpiya ümidləri” beynəlxalq turnirə yekun vurulub.

Trend-in məlumatına görə, turnirdə birinci yeri ən çox medal qazanan “Qara Qaplan” komandası tutub, “Zirvə” komandası ikinci pillədə qərarlaşıb. “Arpaçay” karate klubu isə yarışı üçüncü yerdə tamamlayıb.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası, Azərbaycan Milli Karate Federasiyası, Veteran Tankçılar Birliyi və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının birgə təşkil etdiyi beynəlxalq xatirə turniri “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilib.

Turnirdə 10-dan artıq ölkədən 6-13 yaşlı 800 karateçi mübarizə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti