...

VI beynəlxalq Qətər kuboku turnirində Azərbaycanı üç ağır atlet təmsil edəcək

İdman Materials 18 Dekabr 2019 23:55 (UTC +04:00)
Dekabrın 19-dan 24-dək Qətərin paytaxtı Dohada ağır atletika üzrə 6-cı beynəlxalq Qətər kuboku turniri keçiriləcək
VI beynəlxalq Qətər kuboku turnirində Azərbaycanı üç ağır atlet təmsil edəcək

Bakı. Trend:

Dekabrın 19-dan 24-dək Qətərin paytaxtı Dohada ağır atletika üzrə 6-cı beynəlxalq Qətər kuboku turniri keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə bildiriblər ki, “Tokio 2020” Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda Asif Məmmədovun rəhbərliyi ilə yığma komandamızın üç üzvü iştirak edəcək.

Turnirdə qadınların yarışında Boyanka Kostova (59 kq), kişilərin mübarizəsində isə Nailxan Nəbiyev (96 kq) və Əliş Nəzərov (109 kq) güclərini sınayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti