...

Azərbaycanda bu idman növlərində antidopinq qaydaları daha çox pozulur (FOTO)

İdman Materials 26 Dekabr 2019 12:19 (UTC +04:00)
Azərbaycanda bu idman növlərində antidopinq qaydaları daha çox pozulur
Azərbaycanda bu idman növlərində antidopinq qaydaları daha çox pozulur (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ildə Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən milli səviyyədə 1350 dopinq testi keçirilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Ş.Hüseynli bildirib ki, ötən illə müqayisədə AMADA tərəfindən keçirilən testlərin sayı 56.4 faiz artıb. AMADA 2019-cu ildə 16 antidopinq qayda pozuntusu aşkar edib.

Agentlik rəhbəri əlavə edib ki, araşdırmalar davam edir və tam rəqəmlər növbəti ilin ilk aylarında məlum olacaq. 2018-ci ildə isə 27 antidopinq qayda pozuntusu aşkar edilmişdi.

Ş.Hüseynli vurğulayıb ki, aşkar edilən antidopinq qayda pozuntularından 4-ü ağır atletikada, 4-ü boksda, 2-si karatedə, 2-si güləşdə, 1-i atıcılıqda, 1-i samboda, 1-i cüdoda, 1-i yüngül atletikada qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti