Bakı. İlhamə İsabalayeva - Trend:
“Atla sağlam həyat sürək, ekologiyanı qoruyaq” şüarı altında Hirkan milli parkında atla yürüş keçirilib.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Hirkan milli parkının direktoru Azər Mirzəyev bildirib.
A.Mirzəyevin sözlərinə görə, yürüşün keçirilməsində məqsəd xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin inkişaf etdirilməsi, insanların asudə vaxtlarının təbiət qoynununda səmərəli keçirməsinin təşkili, eyni zamanda milli parklarda ekoturizm potensialının təbliğ olunmasıdır.
O qeyd edib ki, ümümilikdə 370 nəfərin qatıldığı yürüşdə 10 km məsafə qət olunub:
“Bu cür tədbirləri keçirməklə biz milli parklarda ekoloji turizmin təbliğinə nail olmaq, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, milli parklara turistlərin marağını artırmaq, eyni zamanda atçılıqla bağlı milli ənənələrimizi qoruyub saxlamaq istəyirik”.