...

Respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin və klublarının məşqləri dayandırılır

İdman Materials 14 Mart 2020 07:39 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi respublikada fəaliyyət göstərən bütün taekvondo bölmələrindən və klublarından martın 29-dək məşqləri dayandırmağı tələb edib.

Trend-in məlumatına görə, bu barədə federasiyanın rəsmi “Facebook” səhifəsində məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri nəzərə alınaraq taekvondo üzrə məşqlər dayandırılsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti