Bakı. Trend:
Azərbaycan idmanına ağır itki üz verib.
Trend-in məlumatına görə, Azərbaycanda müxtəlif paralimpiya idman sahələrində çalışmış Şaiq Həmidov bu gün vəfat edib.
Qeyd edək ki, Şaiq Həmidov 2013-cü ildə Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin Vitse prezidenti vəzifəsinə seçilib. 2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olub. AFFA-da hakim inspektor vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!