Bakı. Trend:
İngiltirə futbol klubu "Mançester Yunayted" Avropa Liqasının 1/4 final mərhələsində Danimarkanın "Kopenhagen" klubunu 1:0 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, görüş Kölndə tamaşaçısız keçirilib.
Bruno Fernandeş 94-cü dəqiqədə penaltı nöqtəsindən zərbəni yerinə yetirib.
Qeyd edək ki, "Mançster Yunayted" bu mövsüm 21 penaltı vurub. Bu, Avropanın ilk 5 liqasında komandalar arasında ən yaxşı nəticədir.