...

UEFA Avropa Liqası: "Sevilya" "Mançester Yunaytedi" məğlub edərək finala yüksəlib

İdman Materials 17 Avqust 2020 02:55 (UTC +04:00)
UEFA Avropa Liqası: "Sevilya" "Mançester Yunaytedi" məğlub edərək finala yüksəlib

Bakı. Trend:

UEFA Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində İspaniyanın "Sevilya" klubu ilə İngiltərənin "Mançester Yunayted" klubları qarşılaşıblar.

Trend-in məlumatına görə, oyun İspaniya təmsilçisinin 2:1 hesabı qələbəsi ilə yekunlaşıb. "Sevilya"nın heyətində qolları Suso (26-cı dəqiqə) və Lük de Yonq (78-ci dəqiqə) vurublar, "Mançester Yunayted"in heyətində isə yeganə qoluBruno Fernandeş (9-cu dəqiqə, penalti) vurub.

Beləliklə, "Sevilya" UEFA Avropa Kubokunun finalına vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti