...

Bakı Olimpiya İdman Kompleksində Açıq “Birlik Kuboku” keçirilib (FOTO)

İdman Materials 5 Sentyabr 2020 18:55 (UTC +04:00)
Bakı Olimpiya İdman Kompleksində Açıq “Birlik Kuboku” keçirilib (FOTO)

Bakı. Trend:

05 sentyabr 2020-ci il tarixində Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Bakı Olimpiya İdman Kompleksində paralimpiya və olimpiyaçı idmançıların iştirakı ilə kamandan oxatma idman növü üzrə Açıq “Birlik Kuboku” keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, yarışda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, idman şöbəsinin müdiri və eyni zamanda “Tokio 2020” Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək milli komandanın şef-de-missionu Rauf Mürsəlov, Azərbaycan Kamandan Oxatma Federasiyasının nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tövsiyyəsi ilə yarış açıq hava şəraitində keçirilib. Birlik kubokunda 20 idmançı iştirak edib.

Qeyd edək ki, “Birlik Kuboku” COVID-19 koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilmiş sərt karantin rejimindən sonra paralimpiyaçıların iştirakı ilə keçirilən ilk yarışdır. Yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərərgahın qərarlarına riayət edilməsi üçün yaradılmış xüsusi işçi qrupunun nəzarəti altında keçirilib.

Yarışın nəticələrini sizlərə təqdim edirik:

Kişilər arasında 70 metrəyə atış (Recurve 70 m)

1-ci yer: Əhməd Hüseynov – olimpiyaçı

2-ci yer: Cahan Musayev – paralimpiyaçı

3-cü yer: Məmmədəli Əliyev – olimpiyaçı

Qadınlar arasında 70 metrəyə atış (Recurve 70 m)

1-ci yer: Svetlana Simonova – olimpiyaçı

2-ci yer: Yaylagül Ramazanova – olimpiyaçı

3-cü yer: Ozay Qasımova – olimpiyaçı

Kişilər arasında 50 metrəyə atış (Compound 50 m)

1-ci yer Vüsal Kazımov – paralimpiyaçı

2-ci yer Rüfət Orucov – olimpiyaçı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti