...

Vaxtdan səmərəli istifadə etməliyik - Canni De Byazi

İdman Materials 8 Dekabr 2020 00:37 (UTC +04:00)
Vaxtdan səmərəli istifadə etməliyik - Canni De Byazi

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, bu gün UEFA-nın Sürix şəhərində 2022-ci ildə Qətərdə təşkil ediləcək Dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi püşkü dəyərləndirib:

"Bu qrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demiş olmuruq. Qarşıda 4 aya yaxın vaxtımız var. Bu müddətdən hazırlıq üçün səmərəli istifadə etməliyik. Albaniya millisinin baş məşqçisi çalışdığım dövrdə, Avro-2016-nın seçmə mərhələsində Portuqaliya və Serbiya milli komandaları ilə qarşılaşmışam. UEFA Millətlər Liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara bilsək, orada qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşı oynamaqla qrupda şansımız ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti