...

Yığmamız dünya birinciliyinə qatılacaq

İdman Materials 17 May 2021 15:17 (UTC +04:00)
Yığmamız dünya birinciliyinə qatılacaq

Bakı. Trend:

21-31 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında ağır atletika üzrə dünya birinciliyi keçiriləcək. 112 ölkədən 384 (220 kişi + 164 qadın) atletin qatılacağı yarışda Azərbaycan yığmasının üzvləri də qüvvələrini sınayacaq.

Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə bildirilib ki, baş məşqçilər Oktay Muxtarov (yeniyetmələr) və Maksum Xasanovun (gənclər) rəhbərliyi altında komandamız aşağıdakı heyətlə çıxış edəcək: Tehran Məmmədov (61 kq), Murad Əliyev (67 kq),Ömər Cavadov (73 kq), Əliyev Füqan (81 kq) və Əli Şükürlü (102 kq).

Hakim qismində ölkəmizi beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti