...

Şahmat Olimpiadasında iştirak edəcək komandamızın heyəti məlum olub

İdman Materials 23 Avqust 2021 17:03 (UTC +04:00)
Şahmat Olimpiadasında iştirak edəcək komandamızın heyəti məlum olub

Bakı. Trend:

İkinci onlayn Ümumdünya Şahmat Olimpiadasının top divizionunda iştirak edəcək Azərbaycan milli komandasının heyəti məlum olub.

Trend xəbər verir ki, yığma komandamızın əsas heyətində Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva yer alıblar.

Qeyd edək ki, ikinci onlayn olimpiadanın dördüncü divizionunda yarışlar artıq başa çatıb. Avqustun 27-29-da 3-cü divizionun, sentyabrın 2-4-də isə ikinci divizionun oyunları keçiriləcək.

Sentyabrın 8-10-da isə komandamızın da qatılacağı top divizionun oyunları baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti