...

"Qarabağ" avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb

İdman Materials 27 Avqust 2021 00:40 (UTC +04:00)
"Qarabağ"  avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb

Bakı. Trend:

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.

Trend-in məlumatına görə, komanda Şotlandiyada "Aberdin"lə oynayıb.

Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi səfərdə rəqibini 3:1 hesabı ilə üstələyib və qrup mərhələsinə vəsiqə qazanıb.

Qolları qonaqlar tərəfdən 8-ci dəqiqədə Toral Bayramov, bundan 10 dəqiqə sonra komandanın yeni transferi Kadi Borges, 72-ci dəqiqədə Abdullah Zubir, şotlandlardan isə 90+2-ci dəqiqədə Luis Ferqyusson vurublar.

Beləliklə, "Qarabağ" ardıcıl 8-ci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib. Ağdam komandası Avropa Liqasının qrup mərhələsində 6, Çempionlar Liqasının qrupunda isə bir dəfə mübarizə aparıb.

Qeyd edək ki, Konfrans Liqasının püşkatma mərasimi bu gün Bakı vaxtı ilə 15:30-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti