...

Paralimpiyaçılarımızın növbəti qrupu Tokiodan qayıdıb

İdman Materials 6 Sentyabr 2021 14:02 (UTC +04:00)
Paralimpiyaçılarımızın növbəti qrupu Tokiodan qayıdıb

Bakı. Trend:

Bu gün Milli Paralimpiya Komandasının bir qrup üzvü vətənə qayıdıb.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, Tokio 2020 Yay Paralimpiya Oyunlarında komandamızın üzgüçülük idman növü üzrə təmsilçiləri Raman Saleh, Vəli İsrafilov, atletika idman növü üzrə təmsilçiləri Orxan Aslanov, Samir Nəbiyev, taekvondo idman növü üzrə təmsilçi Əbülfəz Abuzərli vətənə qayıdıblar.

Qeyd edək ki, Raman Saleh, Vəli İsrafilov və Orxan Aslanov qızıl medal qazanan idmançılarımızdandır. Qarşılanma mərasimində Milli Paralimpiya Komitəsinin işçiləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları və idmançılarımızın ailə üzvləri iştirak edib. Mərasim zamanı idmançılarımız öz təəssüratlarını mətbuat nümayəndələri ilə bölüşüblər.

Qeyd edək ki, komandamızın növbəti qrupu 7 sentyabr 2021-ci il tarixində vətənə qayıdacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti