...

İsveçrə və İngiltərə yığmaları DÇ-2022-nin final mərhələsində

İdman Materials 16 Noyabr 2021 01:52 (UTC +04:00)
İsveçrə və İngiltərə yığmaları DÇ-2022-nin final mərhələsində

Bakı. Trend:

İsveçrə və İngiltərə milli komandaları 2022-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsində öz qruplarında birinci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıblar.

Trend-in məlumatına görə, seçmə mərhələnin son turunda İsveçrə milli komandası öz meydanında 4:0 hesabı ilə Bolqarıstan komandasını, İngiltərə yığması isə səfərdə 10:0 hesabı ilə San-Marino komandasını məğlub edib.

Qeyd edək ki, 2022-ci ilin 21 noyabr - 18 dekabr tarixlərində Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə artıq Belçika, Braziliya, Almaniya, Danimarka, İspaniya, Serbiya, Fransa, Xorvatiya yığmaları vəsiqə qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti