...

Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini batut üzərində hərəkətlərdə finalçılar məlum olub

İdman Materials 27 Noyabr 2021 13:33 (UTC +04:00)
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini batut üzərində hərəkətlərdə finalçılar məlum olub

Bakı. Cani Babayeva - Trend:

Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarında 13-14 yaş qrupunda qadınlar arasında ikili mini batut üzərində hərəkətlərdə finalçılar məlum olub.

Trend-in məlumatına görə, finala Lea Edelman (ABŞ, 66.700 xal), Sofiya Alyayeva (Rusiya, 66.700 xal), Ava Dehanes (ABŞ, 66.300 xal), Samanta Brekenric (ABŞ, 65.800 xal), İlnara Süleymanova (Rusiya, 65.500 xal), Emili Lük (Böyük Britaniya, 64.800 xal), Yuliya Korotkova (Rusiya, 64.600 xal) və Matilda Oliveyra (Portuqaliya, 64.600 xal) vəsiqə qazanıb.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti