...

Azərbaycanda bu il dopinq pozuntusu aşkarlanan idman növləri açıqlandı (FOTO)

İdman Materials 23 Dekabr 2021 10:45 (UTC +04:00)
Azərbaycanda bu il dopinq pozuntusu aşkarlanan idman növləri açıqlandı (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

2021-ci ildə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 1588 antidopinq test nümunələri götürüb və onlardan 1456-sı milli proqram əsasında, digərləri isə xarici sifarişlər əsasında olub.

Trend-in məlumatına görə, bunu AMADA-nın direktoru Şəfəq Hüseynli 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Ş.Hüseynli qeyd edib ki, 2021-ci il üzrə 19 antidopinq qayda pozuntusu üzrə araşdırma aparılıb: "Onlardan 13-ü bu il icraata götürülüb, 6-ı isə ötən ildən başlanan icraatlardır. 19 icraatdan artıq 9-u üzrə qərar qəbul olunub. Bir işə isə xitam verilib. 18 antidopinq qayda pozuntusu ümumilikdə 11 idman növündə qeydə alınıb. Bunlardan 5-i paurliftinq, 2-si güləş, 2-si velosiped idmanı, 2-si basketbolda qeydə alınıb. Para-atletika, futbol, sambo, karate, boks, cüdo və paracüdo idman növlərinin hər birində isə 1 qayda pozuntusu müəyyən edilib", - deyə Ş.Hüseynli bildirib.

O qeyd edib ki, AMADA-nın test proqramı icra etməyə başladığı 2017-ci ildə aşkarlanan antidopinq qayda pozuntularında götürülən testlərin nisbəti 4.5 faiz idisə, 2018-ci ildə bu nisbət 2,5 faiz, 2019 cu ildə 1,3 faiz, 2020-ci ildə 0.5 faiz, 2021-ci ilin indiyədək olan dövründə isə 0.2 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti