...

Paralimpiyaçılarımız qış idman növləri üzrə Dünya çempionatında iştirak edəcəklər

İdman Materials 9 Yanvar 2022 23:17 (UTC +04:00)
Paralimpiyaçılarımız qış idman növləri üzrə Dünya çempionatında iştirak edəcəklər

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvləri Mehman Ramazanzadə (kross-kantri) və Daşqın Abbasov (dağ xizəyi) baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi altında 23 yanvar 2022-ci il tarixlərində Norveçin Lillehammer şəhərində keçiriləcək Dünya çempionatında iştirak edəcəklər.

Komitədən Trend-ə verilən məlumata görə, yarış Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak üçün lisenziya xalı qazandırır. Qeyd edək ki, Qış Paralimpiya Oyunları 04-13 mart 2021-ci il tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti