Bakı. Trend:
Fevralın 12-də futbol üzrə İtaliya A Seriyasında XXV turun mərkəzi görüşü keçirilib.
Trend-in məlumatına görə, Neapoldakı "Dieqo Armando Maradona" stadionunda təşkil olunmuş qarşılaşmada "Napoli" və "İnter" komandaları üz-üzə gəlib. Gərgin keçən görüşdə heç-heçə qeydə alınıb - 1:1.
Hesabı 7-ci dəqiqədə meydan sahiblərindən Lorentso İnsinye penalti zərbəsi ilə açıb. Qarşılaşmanın 47-ci dəqiqəsində isə Edin Ceko bərabərlik qolunu vurub.
Bununla da "İnter" 24 oyundan sonra xalını 54-ə çatdıraraq liderliyini qoruyub. "Napoli" isə 25 görüşdən 53 xalla 2-ci yerdədir.