...

Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

İdman Materials 5 Mart 2022 21:10 (UTC +04:00)
Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Bakı. Cani Babayeva - Trend:

Martın 5-də Milli Gimnastika Arenasında Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarının qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, qaliblər və mükafatçılar 12-18 yaş kateqoriyası üzrə müəyyən edilib.

Qadınlar arasında cütlüklərdən Harel Aharoni və Yuval Bar Tal (İsrail) qızıl, Mell Devinye və Culi Filuz (Fransa) gümüş, Ellison Stoun və Isla Varqas (ABŞ) bürünc medal qazanıblar.

Kişi qrupları arasında İsrail təmsilçiləri birinci, Rusiya nümayəndələri ikinci, Böyük Britaniyadan olan qrup isə üçüncü yerdə qərarlaşıb.

Qarışıq cütlüklər arasında fəxri kürsünün ilk pilləsini İsrail dueti - Roni Ravid və Yuval Sasson, ikinci yerdə - Rusiyadan olan Rusiyadan olan cütlük Riana Latipova və Vitali Pleşkov, üçüncü yerdə - Qazaxıstan təmsilçiləri Lolita və Mark Dub tutub.

Kişi cütlükləri arasında Uilyam Klark və Harli Körtis-Lourens (Böyük Britaniya) qızıl, rusiyalı gimnastlar Boqdan Əliyev və Yeqor Taşlanov gümüş, Vladimir Kotoçev və Qeorqi Stoyanov (Bolqarıstan) bürünc medala sahib olublar.

Qızlardan ibarət qruplar arasında Rusiya komandası birinci, ABŞ qrupu ikinci, Portuqaliya qızlar qrupu üçüncü yeri tutub.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti