...

Məşhur futbolçunun evi oyun zamanı qarət olunub

İdman Materials 17 Mart 2022 11:26 (UTC +04:00)
Məşhur futbolçunun evi oyun zamanı qarət olunub

Bakı. Trend:

İngiltərənin "Manşester Yunayted" klubunun franslı futbolçusu Pol Poqbanın Çempionlar Liqası matçı zamanı evi qarət olunub.

Trend-in məlumatına görə, bu barədə futbolçu öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, soyğunçular "Mançester Yunayted"-"Atletiko" matçı zamanı evə daxil olublar.

Onun sözlərinə görə, evdə oğurluq baş verən vaxt azyaşlı uşaqları digər otaqda yatmış olublar.

Futbolçu qarətlə bağlı hər hansı məlumat verən şəxsə mükafat təyin etdiyini bildirib.

Qeyd edək ki, "Mançester Yunayted"-"Atletiko" oyunu martın 15-də baş tutub. Matç 1:0 hesabı ilə "Atletiko"nun xeyrinə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti