...

İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib (FOTO)

İdman Materials 26 Mart 2022 15:35 (UTC +04:00)
İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında qadın idman gimnastikası üzrə 6-cı, kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatının qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatında “balacalar” yaş kateqoriyası üzrə birinci yeri Sumqayıt şəhər Olimpiya İdman Kompleksinin yetirməsi Ömər Məmmədli, ikinci yeri Həsən Qədirov, üçüncü yeri Tural Ocaqi tutublar.

H.Qədirov və T.Ocaqi Bakı Gimnastika Məktəbini təmsil edirlər.

Qadın idman gimnastikası üzrə 6-cı Azərbaycan birinciliyi və Bakı çempionatının “qızıl”ını “uşaqlar” yaş kateqoriyasında Milana Loiko, gümüş medalı Jasmin Əliyeva, “bürünc”ü isə Xatirə Rəşidli qazanıb. Hər üç gimnast “Ocaq Sport” klubunu təmsil edir.

“Ocaq Sport” klubunun yetirməsi Mahir Səlimov “uşaqlar” yaş kateqoriyasında kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatının fəxri kürsüsünün ən yüksək pilləsinə qalxıb, İlham Salayev ikinci, Hüseyn Qəhrəmanov üçüncü olub.

İ.Salayev və H.Qəxrəmanov Bakı Gimnastika Məktəbini təmsil edirlər.

Qadın idman gimnastikası üzrə 6-cı Azərbaycan birinciliyi və Bakı çempionatında “pre-junior” yaş kateqoriyası üzrə qızıl medalı Leyla Məmmədzadə, gümüş medalı Albina Əliyeva, bürünc medalı isə Xədicə Abbaszadə qazanıb. Gimnastlar “Ocaq Sport” klubunun heyətində çıxış edirlər.

VI Azərbaycan Çempionatının və Bədii Gimnastika üzrə Bakı Çempionatının “yeniyetmələr” yaş kateqoriyası üzrə qızıl medalını Leyla Məmmədzadə, gümüş medalı Albina Əliyeva, bürünc medalını isə Xədicə Abbaszadə qazanıb. Gimnastlar “Ocaq Sport” klubunun heyətində çıxış edirlər.

Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan çempionatında və Bakı birinciliyində “yeniyetmələr” yaş kateqoriyası üzrə birinci yeri Məhəmməd Rüstəmzadə, ikinci yeri Rəşid Əliyev, üçüncü yeri isə David Məmmədov tutmuşlar. İdmançılar Bakı Gimnastika Məktəbini təmsil edirlər.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında keçirilən Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69 idmançı qüvvəsini sınayırlar.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar - 2014-2015), uşaqlar (kişilər - 2011-2012/ qadınlar - 2012-2013), yeniyetmələr (kişilər - 2009-2010/qadınlar - 2010-2011), gənclər (kişilər - 2005-2008/qadınlar - 2007-2009), böyüklər (kişilər 2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş etdirirlər.

İki illik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışları da izləyə bilirlər.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

(FOTO: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti