...

İdman gimnastikası üzrə Dünya Kubokunda rəqiblər güclü olacaq, amma biz mübarizə aparacağıq - Milana Minakovskaya

İdman Materials 26 Mart 2022 17:03 (UTC +04:00)
İdman gimnastikası üzrə Dünya Kubokunda rəqiblər güclü olacaq, amma biz mübarizə aparacağıq - Milana Minakovskaya

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunda rəqiblər güclü olacaq, amma biz mübarizə aparacağıq.

Bunu Trend-ə idman gimnastikası üzrə Azərbaycan birinciliyinin və Bakı çempionatının iştirakçısı, azərbaycanlı idmançı Milana Minakovskaya deyib.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Bakıda Milli Gimnastika Arenasında keçiriləcək kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunda Milana Minakovskaya müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər nümayiş etdirəcək.

"Dünya çempionatına hazırlıq tam sürətlə gedir, biz hər gün işləyirik. Gündə iki dəfə məşq edirik. Dünya çempionatında mənim üçün ən vacibi proqramı təmiz və inamlı şəkildə başa vurmaq, finala çatmağa çalışmaqdır”, - M.Minakovskaya bildirib.

Azərbaycan birinciliyi və Bakı çempionatındakı çıxışından danışan idmançı proqramından razı qaldığını qeyd edib.

"Çıxış yaxşı keçdi, proqramı tam şəkildə yerinə yetirdim. Ümid edirəm ki, Dünya Kubokunda daha yaxşı nəticə göstərəcəyəm", - gimnast bildirib.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında keçirilən Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69 idmançı qüvvəsini sınayıblar.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar - 2014-2015), uşaqlar (kişilər - 2011-2012/ qadınlar - 2012-2013), yeniyetmələr (kişilər - 2009-2010/qadınlar - 2010-2011), gənclər (kişilər - 2005-2008/qadınlar - 2007-2009), böyüklər (kişilər 2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti