...

Bakıda İdman Gimnastikası üzrə FIG Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)

İdman Materials 2 Aprel 2022 15:20 (UTC +04:00)
Bakıda İdman Gimnastikası üzrə FIG Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Bakı Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokunun qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, bu gün kişilər arasında üç, qadınlar arasında iki növdə qalib və mükafatçılar müəyyən edilib.

Kişilər arasında sərbəst hərəkətlərdə Artyom Dolqopyat (İsrail) qızıl, Milad Kərimi (Qazaxıstan) gümüş, İmon Montqomeri (İrlandiya) bürünc medal qazanıb.

Paralel qollarda İlya Kovtun (Ukrayna) qızıl, Ferhat Arıcan (Türkiyə) gümüş, Co Freyzer (Böyük Britaniya) bürünc medal qazanıb.

Halqa ilə hərəkətlərdə Salvatore Mareska (İtaliya) qızıl, İbrahim Çolak (Türkiyə) gümüş, Nikita Simonov (Azərbaycan) bürünc medal qazanıb.

Qadınlar arasında dayaqlı tullanmada Oksana Çusovitina (Özbəkistan) qızıl, Çenge Mariya Baçkai (Macarıstan) gümüş, Teya Belak (Sloveniya) bürünc medala sahib olub.

Müxtəlif hündürlüklü qollarda Lorett Şarpi (Fransa) qızıl, Naomi Visser (Niderland) gümüş, Vera van Pol (Niderland) bürünc medal qazanıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti