...

Fərid Qayıbov ağır atletika üzrə Azərbaycan çempionatının qonağı olub (FOTO)

İdman Materials 10 Aprel 2022 17:24 (UTC +04:00)
Fərid Qayıbov ağır atletika üzrə Azərbaycan çempionatının qonağı olub (FOTO)

Bakı. Trend:

9-10 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, Gənclər və İdman naziri Fərid Qayıbov da yarışın qonağı olub. O, əvvəlcə “#özgücünlətəkanver” stendi ilə tanış olub, simvolik ştanqı qaldırıb.

Bununla yanaşı, 73 kq çəki dərəcəsində qaliblərin mükafatlandırma mərasimində çıxış edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov yarış iştirakçılarına uğurlar arzulayıb, iki illik fasilədən sonra təşkil olunan Azərbaycan çempionatında yüksək təşkilatçılıq, mübarizə əzmi və idman ab-havasının hökm sürdüyünü qeyd edib.

Daha sonra qaliblərin təltifetmə mərasimi keçirilib. Qaliblərə mükafatı nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti