...

Azərbaycana müsbət emosiyalarla gəldim - “Bakı Marafonu-2022”nin qalibi

İdman Materials 15 May 2022 15:52 (UTC +04:00)
Azərbaycana müsbət emosiyalarla gəldim - “Bakı Marafonu-2022”nin qalibi

Bakı. Trend:

“Bakı Marafonu-2022”də qadınlar arasında birinci yeri ukraynalı atlet Valentina Veretskaya tutub.

Trend-in məlumatına görə, idmançı marafon üçün üç ay hazırlaşıb:

"Özümü super, əla hiss edirəm, bu gün külək yoxdur, hava yaxşıdır. İştirak etdiyim üçün çox şadam. Çoxlu dəstək var idi, ətrafdakı insanlar, xüsusən də biz şəhər ətrafında qaçanda, çılğın emosiyalar verirdilər. Hətta yaşayış binalarının eyvanlarından da dəstək var idi - bu, böyük stimuldur. Bakıya müsbət emosiyalarla gəldim".

Qeyd edək ki, mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə V Bakı Marafonu təşkil olunub.

“Bakı Marafonu 2022”də iştirak etmək üçün 15 minə yaxın iştirakçı qeydiyyatdan keçib.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar marafonda iştirak üçün müraciət ediblər. Qeydiyyatdan keçənlər sırasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar var.

2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.

“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil edilib.

Marşrutunun uzunluğu 21 kilometr olan “Bakı Marafonu-2022” Dövlət Bayrağı Meydanında başlayıb və başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti