...

Aerobika gimnastikası üzrə 6-cı Azərbaycan Çempionatı və Bakı Birinciliyi keçiriləcək

İdman Materials 21 May 2022 19:14
Aerobika gimnastikası üzrə 6-cı Azərbaycan Çempionatı və Bakı Birinciliyi keçiriləcək

Trend-i buradan izləyin

Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Gimnastika Federasiyası milli yarışlar mövsümünü aerobika gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi ilə davam etdirir.

Bakı Olimpiya İdman Kompleksində keçiriləcək yarışda “Ocaq Sport” klubu, “Zirvə”İK, “Grasiya” İK və Sumqayıt OİK-dən 80 gimnast medallar uğrunda mübarizə aparacaq.

İdmançılar Bakı birinciliyində balacalar (2014-2015-ci il), uşaqlar (2011-2013-ci il), yeniyetmələr (2008-2010-ci illər) və gənclər (2005-2007-ci il illər), Azərbaycan çempionatında isə yeniyetmələr (2008-2010-ci illər), gənclər (2005-2007-ci il illər) və böyüklər yaş kateqoriyasında (2004-cü il və daha böyük) mübarizə aparacaqlar.

Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.
Gimnastikasevərlər bu dəfə də ölkəmizdə 2013-cü ilin sonlarından inkişaf edən aerobika gimnastikası üzrə yarışlarda yaşanacaq həyəcanlı anlara şahidlik etmək imkanı qazanacaqlar.

Yarışları izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 5 manat təşkil edir.

Yarışlar haqda məlumatlar mütəmadi olaraq www.agf.az saytında yenilənəcək.

Yarış saat 12:00-da başlayacaq

Ünvan: Bakı Olimpiya İdman Kompleksi

Bakı şəh., Olimpiya küç., 7

Tel.: +99412 465 2274

Məqalədə:
Xəbər lenti

Xəbər lenti