Bakı. Trend:
1-7 avqust tarixlərində Yaponiyanın Tokio şəhərində Ənənəvi Karate - Do W.S.K.F üzrə 15-ci Dünya çempionatı keçirilib.
Yarışda 32 ölkədən 450 idmançı iştirak edib. Bu yarışda yığmamız 4 idmançı ilə təmsil olunub. Yarışdan əvvəl texniki seminar və kəmər dərəcələrinə imtahan keçirilib və idmançılarımız burada iştirak ediblər. Seminarda İmran Quluzadə I Dana, Mehman Eynalov, Fuad Əliyev, Hikmət İsmaylov III Dana, Əhməd Əfəndi VIII Dana layiq görülüblər.
Komandamız bu çempionatda uğurla çixiş edərək 3 qızıl, 1 gümüş medal qazanıb. Böyüklərin (Senyorların) yarışında nəticələr aşağıdakı kimi olub:
-74 kq çəki dərəcəsində-Şobu mens kumitedə İmran Quluzadə - 1-ci yerə;
+75 kq çəki dərəcəsində-Şobu mens kumitedə Fuad Əliyev – 1-ci yerə;
+75 kq çəki dərəcəsində-Şobu mens kumitedə Mehman Eynalov – 2-ci yerə;
komanda kumitedə böyüklər
-Fuad Əliyev, Mehman Eynalov, İmran Quluzadə, Əhməd Əfəndi bütün rəqib komandalara qalib gələrək 1-ci yerə layiq görülmüşlər.
Qeyd edək ki, komanda yarışlarında 2-ci görüş Ermənistan millisi ilə olub. Ermənistan millisi bu döyüşdən imtina edərək idman sarayını tərk edib.
Komandanın bu yarışa hazırlanmasında məşqçi Əhməd Əfəndinin böyük əməyi olub.