Bakı. Trend:
Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü uğura imza atıb.
Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komandamızın üzvü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında 01.58.26 göstərici ilə bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.