...

Qadın cüdoçulardan ibarət Azərbaycan yığması İslamiadada bürünc medal qazanıb (FOTO)

İdman Materials 17 Avqust 2022 19:10 (UTC +04:00)
Qadın cüdoçulardan ibarət Azərbaycan yığması İslamiadada bürünc medal qazanıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Konya. Trend:

Qadın cüdoçulardan ibarət Azərbaycan yığması V İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb.

Trend-in məlumatına görə, Azərbaycan idmançıları Leyla Əliyeva, Günel Həsənli və Səbinə Əliyeva Qırğızıstan komandasına 3:1 hesabı ilə qalib gəliblər.

Bundan başqa, cüdo üzrə kişilərdən ibarət Azərbaycan yığması da Oyunların qızıl medalını qazanıb. Finalda komanda türkiyəli idmançılarla qarşılaşıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti