...

Qadın basketbolçulardan ibarət Azərbaycan yığması İslamiadada qızıl medal qazanıb (ƏLAVƏ OLUNUB)

İdman Materials 17 Avqust 2022 21:34 (UTC +04:00)
Qadın basketbolçulardan ibarət Azərbaycan yığması İslamiadada qızıl medal qazanıb (ƏLAVƏ OLUNUB)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Konya. Trend:

Azərbaycanın qadınlardan ibarət basketbol komandası (3x3) V İslam Həmrəyliyi Oyunlarında Mali komandasına qalib gəlib.

Trend xəbər verir ki, finalda Mali yığmasına qalib gələn Azərbaycan komandası qızıl medal qazanıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

XXX

21:01

Azərbaycanın qadınlardan ibarət basketbol komandası (3x3) V İslam Həmrəyliyi Oyunlarında Özbəkistan komandasına qalib gəlib.

Trend xəbər verir ki, Özbəkistan yığmasına 16:7 hesabı ilə qalib gələn Azərbaycan komandası finala yüksəlib.

Finalda komandamız Mali yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti