Konya. Trend:
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülərindən 3-cü medal gəlib.
Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komandamızın üzvü Məryəm Şeyxəlizadəxangah 100 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında 01.02.24 nəticə ilə İslamiadada bürünc medal qazanıb.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.