...

İslamiadada iştirak edən Azərbaycan idmançıları vətənə qayıdıblar (FOTO/VİDEO)

İdman Materials 19 Avqust 2022 17:20 (UTC +04:00)
İslamiadada iştirak edən Azərbaycan idmançıları vətənə qayıdıblar (FOTO/VİDEO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

V İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan idmançıları vətənə qayıdıblar.

Trend-in məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları idman ictimaiyyəti, media nümayəndələri və digər şəxslər qarşılayıb.

Qeyd edək ki, Azərbaycan Oyunlarda 54 iştirakçı ölkə arasında dördüncü yeri tutaraq 99 medal qazanıb: 29 qızıl, 36 gümüş və 34 bürünc.

İslamiadada iştirak edən idman heyətinin tərkibinə görə Azərbaycan Türkiyə nümayəndə heyətindən sonra ikinci yerdə qərarlaşıb - 282 idmançı. Oyunlarda ümumilikdə 4200 idmançı iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti