...

Türk güləşçi dünya çempionu olub

İdman Materials 17 Sentyabr 2022 03:25 (UTC +04:00)
Türk güləşçi dünya çempionu olub

Bakı. Trend:

Türk idmançı Taha Akgül Belqradda keçirilən güləş üzrə dünya çempionatının qalibi olub.

Trend xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan Taha Akgül finalda monqolustanlı Lkhagvagerel Munkhturu 6-2 hesabı ilə məğlub edərək karyerasında üçüncü dəfə dünya çempionu adını qazanıb.

Taha Akgül bundan əvvəl 2014-cü və 2015-ci illərdə dünya çempionu olub.

Olimpiya çempionu da olan güləşçi, həmçinin bu il Macarıstanın paytaxtı Budapeştdə keçirilən 9-cu Avropa çempionatının qalibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti