...

UEFA Avropa Liqası: "Roma" "Ludoqorets" üzərində əzmkar qələbə qazanıb

İdman Materials 4 Noyabr 2022 03:51 (UTC +04:00)
UEFA Avropa Liqası: "Roma" "Ludoqorets" üzərində əzmkar qələbə qazanıb

Bakı. Trend:

UEFA Avropa Liqasının 2022/2023 mövsümünün qrup mərhələsinin VI turu çərçivəsində keçirilən “Roma” və “Ludoqorets” komandaları arasında oyun başa çatıb.

Trend-in məlumatına görə, görüş İtaliyanın Roma şəhərinin "Olimpiko" stadionunda keçirilib. Oyun "Roma"nın 3:1 hesablı qələbəsi isə başa çatıb.

Hesab matçın ilk yarısının sonlarına yaxın açılıb - qonaq komandanın braziliyalı hücumçusu Rik fərqlənib. “Roma”nın yarımmüdafiəçisi Lorentso Pelleqrini ikinci hissədə iki penaltıdən fərqlənib. 85-ci dəqiqədə “Roma”nın yarımmüdafiəçisi Nikolo Dzanyolo komandasının üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

Beləliklə, 10 xal toplayan “Roma” C qrupunda 2-ci yeri qoruyub və pley-offa yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti