...

Braziliya millisinin üç futbolçusu qripə yoluxub

İdman Materials 28 Noyabr 2022 10:41 (UTC +04:00)
Braziliya millisinin üç futbolçusu qripə yoluxub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qətərdə davam edən futbol üzrə dünya çemiponatında iştirak edən Braziliya milli komandasının üç üzvü qrip simptomları ilə əlaqədar son məşqi buraxmalı olub.

Trend-in məlumatına görə, bu barədə bu gün qərb mətbuatı yazır.

Qeyd olunur ki, qapıçı Alison Beker, yarımmüdafiəçi Lukas Paketa və hücumçu Antoni məşqlərdə iştirak etməyib.

Onların bugünkü matça hazır olub-olmayacağı məlum deyil. Bundan əvvəl, Braziliya millisinin əsas ulduzu Neymar zədələnmişdi.

Xatırladaq ki, Braziliiya bu gün İsveçrə millisi ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti