Bakı. Trend:
Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin növbəti oyunu keçirilib.
Trend xəbər verir ki, Mərakeş və Kanada komandaları arasında keçirilən qarşılaşmada Mərakeş millisi 2:1 hesablı qələbə qazanıb.
Beləliklə, Mərakeş yığması 7 xalla F qrupunda birinci yerdə qərarlaşıb və 1/8 final mərhələsinə yüksəlib.
Qeyd edək ki, bu oyundan sonra F qrupunda vəziyyət belədir:
1. Mərakeş - 7 xal
2. Xorvatiya - 5 xal
3. Belçika - 4 xal
4. Kanda - 0 xal