...

“Qarabağ” klubu əzəli rəqiblərin duelindən qalib ayrılıb

İdman Materials 3 Dekabr 2022 00:41 (UTC +04:00)
“Qarabağ” klubu əzəli rəqiblərin duelindən qalib ayrılıb

Bakı. Trend:

“Neftçi”-“Qarabağ” oyunu ilə futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Trend-in məlumatına görə, əzəli rəqiblərin oyununa ev sahibliyi edən “Bakcell Arena”da “Qarabağ” komandası böyük hesablı qələbə qazanıb.

Oyunun birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb. İkinci hissəyə fəal başlayan Ağdam təmsilçisi 37-ci dəqiqədə hesabı açıb. Kadi Borqes baxımlı qolla “Qarabağ”ı hesabda önə keçirib. Matçın 60-cı dəqiqəsində Abdullah Zubir “Neftçi” futbolçularını meydanın mərkəzinə dəvət edib. Yeddi dəqiqə sonra Ramil Şeydayev Bakı təmsilçisinin qapısına yol tapmağı bacarıb. Görüşün 83-cü dəqiqəsində K.Borqes dubl etməklə oyunun nəticəsini müəyyənləşdirib.

Beləliklə, “Qarabağ” komandası Azərbaycan derbisindən 4:0 hesablı qələbə ilə ayrılıb.

Bu qələbədən sonra turnir cədvəlində mövqeyini möhkəmləndirən “Qarabağ” xallarının sayını 44-ə çatdırıb. “Neftçi” isə 32 xalla üçüncü pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti