...

Ben Uayt DÇ zamanı İngiltərə yığmasından ayrıldı

İdman Materials 9 Dekabr 2022 12:31 (UTC +04:00)
Ben Uayt DÇ zamanı İngiltərə yığmasından ayrıldı

Bakı. Trend:

“Arsenal”ın futbolçusu Ben Uayt Qətərdə keçirilən dünya çempionatı zamanı İngiltərə yığmasını tərk edib.

Trend “Daily Star”a istinadən xəbər verir ki, buna futbolçunun baş məşqçinin köməkçisi Qaret Sautqeytlə münaqişə yaşaması səbəb olub.

İngiltərə millisinin mətbuat xidməti Uaytın şəxsi səbəblərdən dolayı noyabrın 30-da komandadan ayrıldığını açıqlayıb. Qeyri-rəsmi məlumata görə isə, futbolçu davranışına görə məşqçilər korpusunun qərarı ilə turnirdən uzaqlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti