Bakı. Trend:
Xorvatiyalı qapıçı Dominik Livakoviç DÇ-2022-nin 1/4 finalında Braziliyaya qarşı keçirilən oyunda ən yaxşı oyunçu seçilib.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasından (FİFA) bildirilib.
Xatırladaq ki, bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının 1/4 final mərhələsinin ilk oyunu keçirilib.
Braziliya və Xorvatiya millilərinin qarşılaşdığı oyunun əsas vaxtı 0:0 hesablı heç-heçə ilə bitib. Oyunda oynanılan əlavə vaxt komanadaların hər biri 1 qol vurub - 1:1.
Penalti seriyasında isə xorvatlar daha dəqiq olublar və yarımfinala vəsiqə qazanıblar.