...

DÇ-2022: Argentina-Xorvatiya matçını idarə edəcək hakimlərin adları açıqlandı

İdman Materials 11 Dekabr 2022 22:24 (UTC +04:00)
DÇ-2022: Argentina-Xorvatiya matçını idarə edəcək hakimlərin adları açıqlandı

Bakı. Trend:

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının Argentina və Xorvatiya milliləri arasında keçiriləcək ilk yarımfinal matçının baş hakimi italiyalı Daniel Orsato olacaq.

Trend xəbər verir ki, bu barədə bazar günü "Sky Sports" qəzeti məlumat yayıb.

İtalya hakimin köməkçiləri onun həmyerliləri Çiro Karbone və Alessandro Callatini olacaq. Video-assistent oalraq Massimiliano İrrati təyin edilib, onun köməkçisi isə Paolo Valerinin olacaq.

Xatırladaq ki, Argentina-Xorvatiya matçı dekabrın 13-ü saat 23:00-da başlayalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti