Bakı. Trend:
Bu gün "Qarabağ" klubu UEFA Konfrans Liqasının pley-off
mərhələsində ilk oyununu keçirəcək.
Trend xəbər verir ki, "köhlən atlar" Bakıda Belçika "Gent"ini qəbul
edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat
21:45-da başlayacaq. Matçın baş hakimi İsveç Futbol
Federasiyasından Məhəmməd Al-Hakim olacaq.
"Qarabağ" tarixində ikinci dəfə Konfrans Liqasının pley-off
mərhələsində qüvvəsini sınayacaq. Belə ki, ağdamlılar ötən mövsüm
turnirin bu raundunda Fransa "Marsel"inə uduzaraq avrokuboklarla
vidalaşıb.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
16 fevral
21:45. "Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika)
Hakimlər: Məhəmməd Al-Hakim, Fredrik Klayver, Maks Robin Uayld,
Boyan Panciç (İsveç)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 23-də Gent
şəhərində keçiriləcək.