Bakı. Trend:
Aprelin 21-də Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya kubokunun təntənəli açılış mərasimi baş tutub.
Trend cümə günü xəbər verir ki, açılış mərasimində təmsilçiləri Dünya Kubokunda iştirak edən ölkələrin bayraqları arenanın zalına gətirilib. Azərbaycanın Dövlət himni səsləndirilib.
Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında 3 gün davam edəcək. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edəcəklər.
Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edəcək.
Gimnastlar ayrı-ayrı alətlər üzrə və çoxnövçülük yarışlarında mükafatlar uğrunda mübarizə aparacaqlar.
Ənənə üzrə AGF Trophy Kuboku çıxışına görə ən yüksək bal toplamış idmançıya və qrup komandasına təqdim olunacaq.
(Tərcümə: Rəna Əbdürəhmanova. Foto: Zaur Mustafayev)