...

Çempionlar Liqasının finalını idarə edəcək hakimlər açıqlanıb

İdman Materials 23 May 2023 03:28 (UTC +04:00)
Çempionlar Liqasının finalını idarə edəcək hakimlər açıqlanıb

Bakı. Trend:

Polşalı hakim Şimon Marçinyak Çempionlar Liqasının finalında "Mançester Siti" ilə "İnter" arasında keçiriləcək oyuna təyinat alıb.

Trend xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Şimon Marçinyak həmyerliləri Pavel Sokolnitski və Tomaş Listkeviç kömək edəcəklər. Rumıniyalılar Vasile Florin Marinesku və İştvan Kovaç müvafiq olaraq ehtiyat və dördüncü hakim təyin edilib. VAR briqadasına polşalılar Tomas Kvyatkovski və Bartoş Frankovski və alman Marko Frits daxil olacaq.

Qeyd edək ki, final oyunu iyunun 10-da İstanbulda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti