...

Azərbaycan Taekvondo Federasiyasına yeni vitse-prezidentlər seçilib

İdman Materials 20 İyun 2023 20:20 (UTC +04:00)
Azərbaycan Taekvondo Federasiyasına yeni vitse-prezidentlər seçilib

Bakı. Trend:

Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib.

ATF-dən Trend-ə verilən məlumata görə, iclasda cari məsələlər müzakirə olunub.

Həmçinin, qurumun fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə federasiyanın prezidenti və İdarə Heyətinin sədri Kəmaləddin Heydərov vitse-prezidentlərin say tərkibinin artırılmasını təklif edib, Hikmət Səmədovla Elşən Ələkbərovun bu vəzifə üçün namizədliklərini irəli sürüb.

Azərbaycan Taekvondo Federasiyasının Ümumi Yığıncağında təkliflər səsə qoyularaq qəbul edilib.

Beləliklə, hər iki şəxs qurumun yeni vitse-prezidentləri seçiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti