...

Taekvondoçumuz Eltac Qafarov III Avropa Oyunlarında 1/4 finala yüksəlib (FOTO)

İdman Materials 25 İyun 2023 14:50 (UTC +04:00)
Taekvondoçumuz Eltac Qafarov III Avropa Oyunlarında 1/4 finala yüksəlib (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Polşa. Trend:

Polşada keçirilən 3-cü Avropa Oyunlarında taekvondoçumuz Eltac Qafarov 1/4 finala yüksəlib

Trend xəbər verir ki, idmançımız Eltac Qafarov (74 kq) isə Lukaş Çudnoç (Polşa) zədə səbəbindən qarşılaşmaya çıxmadığı üçün dörddəbir finala vəsiqə qazanıb.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan "Krakov-2023"də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb.

İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti