...

Karateçilərimiz Yaponiyada beynəlxalq turnirdə güclərini sınayacaqlar

İdman Materials 19 İyul 2023 04:20 (UTC +04:00)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşıki Karate Federasiyasının yığma komandası iyulun 22-23-də Yaponiyanın Okinava şəhərində keçiriləcək növbəti beynəlxalq yarışda və seminarda iştirak edəcək.

Trend xəbər verir ki, yarışda və seminarda iştirak etmək məqsədi ilə milli komandamızın idmançıları artıq seçilib. Belə ki, 16-17 yaş kateqoriyasında oğlanlar arasında Kənan İsmayılzadə (60 kq), 18-19 yaş kateqoriyasında qızların yarışında isə Sevinc Mövsümzadə (50 kq) ölkəmizi təmsil edəcəklər.

Yığma komandanın baş məşqçisi Nazim Mövsümzadədir. Onun, həmçinin 40 yaşdan yuxarı kateqoriyada veteranlar arasında yarışda iştirakı nəzərdə tutulub.

Beynəlxalq yarış və seminarda dünyanın 15 ölkəsindən təcrübəli idmançıların iştirakı gözlənilir.

İdmançılarımız iki növ üzrə - şəxsi kata və şəxsi kumitedə, habelə veteranlar arasında keçirilən yarışda güclərini sınayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti