...

Ağır atletimiz Avropa birinciliyində gümüş medal qazandı (FOTO)

İdman Materials 30 İyul 2023 20:33 (UTC +04:00)
Ağır atletimiz Avropa birinciliyində gümüş medal qazandı (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

26 iyul – 3 avqust tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.

Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün onlardan Füqan Əliyev körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında 81 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 138 kq-ı ram edib və bu hərəkətdə 9-cu yeri tutub.

Əliyev təkanla qaldırma hərəkətində uğurlu çıxış edib. O, 179 kq-ı qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin gümüş medalını qazanıb.

Toplam 317 kq (138+179) nəticə göstərən Füqan yekun sıralamada 4-cü yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti