...

Taekvondo yığmamız Avropa çempionatında daha bir medal qazanıb

İdman Materials 25 Avqust 2023 23:32 (UTC +04:00)
Taekvondo yığmamız Avropa çempionatında daha bir medal qazanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə Avropa çempionatı davam edir.

Federasiyadan Trend-ə verilən məlumata görə, yarışın ikinci günündə Azərbaycan milli komandası aktivinə daha bir medal əlavə edib.

Yığmamızın heyətində Həmidreza Badrialiabadi fəxri kürsüyə yüksəlib. 80 kiloqramdan yuxarı çəkidə dayanqa çıxan taekvondoçumuz gümüş medala yiyələnib.

Bununla da millinin heyətindəki mükafatların sayı 2-yə çatıb. Bir gün öncə Cavad Ağayev (68 kq) də ikinci yeri tutub.

Estoniyada keçirilən gənclərin Avropa çempionatında da komandamız hələlik 2 medala sahib olub. Səlimə Quliyeva (42 kiloqram) gümüş, Məhəmməd Həsənli (45 kiloqram) bürünc mükafat qazanıb.

Qeyd edək ki, hər 2 yarış avqustun 26-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti